Home | Sign Up | Log In | RSSFriday, 03.05.2024, 20:46

My site

Site menu
Statistics

Total online: 1
Guests: 1
Users: 0
javascript:;" rel="nofollow" onclick="loginPopupForm(); return false; /register

Söz birləşmələri

         

   Söz birləşmələri əşyalar arasında, əşyalarla əlamətlər, hərəkətlər arasında əlaqələri ifadə edir və söz birləşmələri əmələ gətirən sözlər əvvəlki mə'nasını itirmir. Sözlərin sintaktik əlaqələr va-sitəsi ilə birləşməsi sayəsində əmələ gələn söz birləşmələrinin ma-hiyyətini, onların tipləri və əmələ gəlmə yollarını, birləşmədə iştirak edən tərəflərin qrammatik əlamətlərini öyrənmək, söz bir-ləş-məsi ilə mürəkkəb sözün, cümlənin oxşar və fərqli cəhətləri ni aş-kar-lamaq sintaksisin ən zəruri məsələlərindəndir.
Sintaksisin məşğul olduğu sahələrdən biri və ən başlıcası cüm-lə problemidir. Bitmiş bir fikri ifadə edən ən böyük dil vahidi olan cümlənin quruluşca növləri, cümlə üzvləri, əlavə və xüsusiləş-mələr, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər, təktərkibli, cüttərkibli, bütöv və yarımçıq cümlələr, məqsəd və intonasiyaya görə sadə cümlənin növləri, budaq cümlənin rəngarəng növ və tipləri və s. bu kimi məsələlər sintaksisin əsas tədqiqat sahələridir.
Dil sistem xarakteri daşıyır və bu sistemi təşkil edən dil vahidləri (fonem, söz, söz birləşməsi, cümlə) özünəməxsus qanunauyğunluqla sıralanaraq dilin ümumi mənzərəsini təşkil edir. Bu sistemin başlanğıcında fonem, sonunda isə cümlə dayanır. Deməli fonem dilin ilk, özlüyündə heç bir mə'naya malik olmayan va-hidi, cümlə isə dilin son, ən mənalı vahididir. Söz birləşməsi bu silsilədə sözlə cümlənin sərhədində dayanır. 
Söz birləşməsi də söz kimi dilin ad bildirmə vasitələri sahəsinə aid olub əşyaları, hadisələri, prosesləri və s. bildirir. Bu o deməkdir ki, söz birləşməsi sintaktik mövqeyinə, cümlədəki roluna və mə'nasına görə sözə yaxınlaşır və söz kimi cümləyə tikinti ma-terialı olaraq daxil olur.

 Söz birləşmələri: Söz birləşməsi iki və ya daha artıq müstəqil sözün mə`na və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir. Məs: qol saatı, göy çəmən, işə yarayan, məktəb direktoru və s.

 Söz birləşmələrinin quruluşu: Bu birləşmələr quruluşuna görə iki cür olur:
a) Sadə söz birləşməsi: Sadə söz birləşməsi iki müstəqil sözdən ibarət olur. Məs: dəniz kənarı, məktəb direktoru, qızıl üzük, şeiri əzbərləmək və s.
b) Mürəkkəb söz birləşməsi: Bu birləşmələr isə üç və ya daha artıq sözdən ibarət olur. Məs: qoşa qala qapıları, vətənin azadlığı uğrunda vuruşanlar və s.

Söz birləşməsi və söz

Söz leksik kateqoriya, söz birləşmə-si isə qrammatik kateqoriyadır. Həm söz, həm də söz birləşmə-si ad bildirir. Məs: dağ, dəniz (söz); Xəzər dənizi, Qafqaz dağları (söz birləşməsi). Bu cəhətdən sözlə söz birləşməsi arasında yaxınlıq var. Fərqlər aşağıdakılardır:
a) Söz səslərdən (ata - a,t,a), söz birləşməsi sözlərdən əmələ gəlir (ana dili - ana,dili).
b) Söz ümumən ad bildirir (üzük, kitab, oxumaq), söz birləşməsinin tərkibində sözlərin mə`nası bir qədər konkretləşir və ona görə də söz birləşməsi sözə nisbətən konkret ad bildirir (qızıl üzük, kitab mağazası, mahnı oxumaq).

Söz birləşməsi və cümlə.

Söz birləşməsi ilə cümlə arasında həm oxşar, həm də fərqli cəhətlər var:
Oxşar cəhətlər: a) həm söz birləşməsi, həm də cümlə sözlərdən əmələ gəlir. Məs: Baharın gəlişi (söz birləşməsi); Bahar gəlir (cümlə). b) həm söz birləşməsində, həm də cümlədə sözlərin sırası eyni olur. Məs: Uşaqlar dərsdən gələndə (söz birləşməsi); Uşaqlar dərsdən gəldilər (cümlə). 
Fərqli cəhətlər: a) Söz birləşməsi bitmiş fikir ifadə etmir, cümlə isə bitmiş fikir ifadə edir. b) Söz birləşməsində intonasiya bitkinliyi yoxdur, cümlədə isə intonasiya bitkinliyi var. c) Söz birləşmələrində baş üzvlər olmur, cümlələrdə isə baş üzvlər olur və bunlar bir-biri ilə əlaqələnir. ç) Söz birləşməsi nitqin nisbətən kiçik, cümlə isə böyük vahididir. Söz birləşməsi də söz kimi cümlənin tərkibində işlənir, müstəqil ola bilmir. d) Söz birləşməsi bir sözdən ibarət ola bilmədiyi halda, cümlə bir sözdən ibarət ola bilir. Məs: Soyuq hava (söz birləşməsi); Soyuqdur (cümlə).

Söz birləşməsində əsas və asılı tərəflər.

Söz birləşməsində söz-lərdən biri əsas, digəri isə asılı olur. Asılı söz əsas sözə tabe olub onu müxtəlif cəhətlərdən izah edir. Azərbaycan dilində söz birləşməsinin əsas sözü birləşmənin ikinci tərəfində, asılı söz isə birinci tərəfində olur. Ona görə də "asılı söz, əsas söz" əvəzinə daha çox "birinci tərəf, ikinci tərəf" ifadələrindən istifadə olunur. Məs: əlvan çiçəklər, uca dağ, vətəni qorumaq və s. Bu birləşmələrdəki "çiçəklər, dağ, qorumaq" sözləri əsas söz, yaxud ikinci tərəf, "əlvan, uca, vətəni" sözləri isə asılı söz, yaxud birinci tərəfdir.

Log In
Search
Calendar
«  May 2024  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Entries archive
Site friends
  • Create a Free Website
  • uCoz Community
  • uCoz Manual
  • Video Tutorials
  • Official Template Store

  • Copyright MyCorp © 2024
    Free web hostinguCoz