Home | Sign Up | Log In | RSSSaturday, 04.05.2024, 00:01

My site

Site menu
Statistics

Total online: 1
Guests: 1
Users: 0
javascript:;" rel="nofollow" onclick="loginPopupForm(); return false; /register

Sifət

Ümumi qrammatik mə`nasına görə əşyanın əlamətini bil--dirən əsas nitq hissəsinə sifət deyilir. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab olur.
Sifət həmişə ismə aid olur, isimdən əvvəl gəlir, cümlədə ən çox tə`yin və xəbər vəzifəsində işlənir.
Sifət xəbər yerində o zaman çıxış edir ki, isimdən əvvəl işlədilməsin və müvafiq xəbərlik şəkilçilərini (gözələm, gözəlsən, gö-zəldir, gözəllik, gözəlsiniz və s.) qəbul etsin. Misallara diqqət edək. Yaxşı (necə?) adam, yaraşıqlı (nə cür?) qız, evdəki (hansı?) adam. Sevda gözəl qızdır. Sevda gözəldir. 
Qeyd: Birinci növ ismi birləşmələrdəki birinci, yə`ni asılı tərəf isimlə ifadə olunduğu halda belə, cümlədə tə`yin rolunda çıxış edir və bu sözlər təhlil zamanı necə? nə cür? hansı? suallarına cavab olurlar. Bu tipli sözləri sifət saymaq olmaz. Bunlar isimdirlər. Məs: qızıl üzük, gümüş qaşıq, daş hasar və s.
Sifətlər rəng (ağ, qırmızı, qara, yaşıl və s.), dad (şirin, acı, turş və s.), həcm (iri, uzun, gödək və s.), keyfiyyət (çalışqan, alicənab, qoçaq və s.), zahiri görkəm (nurani, qoca, gənc və s.) bildirirlər. 

SIFƏTIN QURULUŞCA NÖVLƏRI.

Dilimizdəki sifətlər quruluşca üç qismə ayrılır: sadə, düzəltmə, mürəkkəb sifətlər. 
1) Sadə (əsli) sifətlər. Bir kökdən ibarət olan, sözdüzəldici şəkilçinin iştirak etmədiyi sifətlər sadə sifətlər adlanır. Məs: ağ, turş, yaxşı, pis, nəm, yaşıl və s.
2) Düzəltmə sifətlər. Ayrı-ayrı sözlərin sonuna leksik (söz-düzəldici) şəkilçilərin artırılması ilə düzələn sifətlərə düzəltmə si-fət-lər deyilir. Düzəltmə sifətlər, əsasən, isimlərin və fe`llərin jo-nuna leksik şəkilçilər artırmaqla yaranır. Buna görə də düzəltmə sifətlər iki qrupa ayrılırlar: 1) isimdən düzələn sifətlər; 2) fe`ldən düzələn sifətlər.
3) İsimdən düzələn sifətlər. İsimdən sifət düzəltmək üçün, əsasən, aşağıdakı şəkilçilərdən istifadə olunur. 
a. -lı4. Bu şəkilçilərlə keyfiyyət, dad, xasiyyət, əlamət və s. bildirən sifətlər yaranır. Məs: ağıl-lı (adam), iradə-li (oğlan), duz-lu (xörək) və s.
b. -sız4. Bu şəkilçi ilə -lı4 şəkilçisindən yaranan sifətlərin mənfi mə'na çalarını ifadə edən sifətlər yaranır.Məs: dad-sız (xörək), iradə-siz (oğlan) və s. 
c. -cıl4. Bu şəkilçilər vasitəsilə bacarıq, xasiyyət və s. bildirən sifətlər əmələ gəlir. Məs: qohum-cul (kişi), ölüm-cül (yara), qonaq-cıl (adam) və s.
ç. –dakı2. Bu şəkilçilərin köməkliyi ilə keyfiyyət, hal-və-ziyyət və s. mə`naları ifadə edən sifətlər yaranır. Məs: ev-dəki (adam), bağ-dakı (ağac), dəniz-dəki (balıq) və s.
d. -ı4 (-yı,-yi). Bu şəkilçi ilə əsasən, rəng və əlamət bildirən si--fətlər əmələ gəlir. Məs: palıd-ı (rəng), gümüş-ü (saç), armud-u (stəkan), sürmə-yi (papaq) və s.
e. -i,-vi. Bu şəkilçilər nisbət və aidiyyət bildirən sifət düzəldirlər. Məs: tarix-i (hadisə), inqilab-i (fəaliyyət), kütləv-i (tədbir) və s. 
Qeyd: Dilimizdə az işlənən bi- (biədəb uşaq), na- (naxələf övlad), la- (laqeyd rəhbər), anti- (antifaşist koalisiya), -baz (kələkbaz uşaq), -pərəst (şöhrətpərəst qadın) və s. bu kimi başqa dillərdən dilimizə keçən şəkilçilər də isimdən sifət düzəldə bilirlər. 

 Feildən düzələn sifətlər.

Feillərdən sifət düzəltmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur. 
a. -ağan, -əyən. Bu şəkilçilər vasitəsilə xasiyyət bildirən sifətlər əmələ gəlir. Məs: küsəyən (uşaq), qaçağan (at) və s.
b. -qan, -kən. Bu şəkilçilərlə xasiyyət və keyfiyyət bildirən si-fətlər yaranır. Məs: çalışqan (tələbə), sürüşkən (yer) və s.
c.-qın4. Bu şəkilçilər kar və cingiltili samitlə bitən feil köklərinə artırılır. Məs: tutqun (hava), coşqun (dəniz), kəskin (söz) azğın düşmən, yorğun adam və s.
ç. -ıcı4 . Bu şəkilçilərlə vəzifə, bacarıq, keyfiyyət və s. bildirən sifətlər düzəlir. Məs: alıcı (quş), yuyucu (toz), keçici (bayraq), qurucu (adam) və s.
d. -ıq4 (-q,-k). Bu şəkilçilərlə əsasən, hal-vəziyyət və keyfiy-yət bildirən düzəltmə sifətlər yaranır. Məs: sök-ük (divar), böyü-k (qardaş), soyu-q (su), əz-ik (pul) və s.
e. -ınc. Məs: qorxunc (iş), gülünc (hadisə) və s. 
ə. –ma4. Bu şəkilçi ilə həm feillərdən isim, həm də sifət düzəlir. Məs: vuruşma, dolma (isim), gəlmə (adam), hörmə (saç) – sifət və s.

Mürəkkəb sifətlərin əmələ gəlməsi və yazılışı.

Mürəkkəb sifətlər aşağıdakı yollarla əmələ gəlir və yazılır. 
1. İki sadə sözün birləşməsindən əmələ gəlib bitişik yazılanlar. Məs: şirindil (uşaq), qaraqaş (oğlan) və s.
2. Birincisi feildən, ikincisi isimdən düzələn iki düzəltmə sifətin birləşməsi ilə əmələ gəlib bitişik yazılanlar. Məs: açıqqəlbli (in-san), soyuqqanlı (əsgər) və s. 
3. Bir sadə, bir düzəltmə sözün birləşməsi ilə yaranıb bitişik yazılanlar. Məs: çoxhecalı (söz), üçtelli (durna) və s.
4. Mənsubiyyət şəkilçili sözün iştirakı ilə yaranıb bitişik yazılanlar. Məs: fakültələrarası (yarış), stolüstü (oyun) və s.
5. Sadə və düzəltmə sifətlərin təkrarı ilə yaranıb əlamətin çoxluğunu bildirən və defislə yazılanlar. Məs: sərin-sərin (sular), dadlı-dadlı (meyvələr) və s.
6. Biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin birləş-məsi ilə yaranıb defislə yazılanlar. Məs: əyri-üyrü (küçələr), kələ-kötür (yol) və s.
7. Yaxın və ya əks mənalı sözlərin birləşməsindən əmələ gəlib defislə yazılanlar. Məs: bağlı-bağatlı (kənd), irili-xırdalı (evlər) və s.
 

SIFƏTIN ISIM KIMI IŞLƏNMƏSI.

Əlamət bildirən söz (sifət) cümlədə əşya bildirən sözü (ismi) əvəz edə bilir, yəni isimləşərək cümlədə mübtəda və tamamlıq yerində işlənir. Belə sifətlərə isi-mləşmiş (substantivləşmiş) sifətlər deyilir.
Sifətlər isimləşəndə ismin suallarına cavab olur. Məs: 
1)Qırmızı (nə?) qaradan (nədən?) daha yaxşıdır. 
2) Qoca (kim?) zorla nəfəs alırdı.

Log In
Search
Calendar
«  May 2024  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Entries archive
Site friends
  • Create a Free Website
  • uCoz Community
  • uCoz Manual
  • Video Tutorials
  • Official Template Store

  • Copyright MyCorp © 2024
    Free web hostinguCoz