Home | Sign Up | Log In | RSSFriday, 03.05.2024, 18:41

My site

Site menu
Statistics

Total online: 1
Guests: 1
Users: 0
javascript:;" rel="nofollow" onclick="loginPopupForm(); return false; /register

İsim

İsim

Əşyaların adlarını bildirən, kim? nə? və bə'zən də hara? suallarından birinə cavab olan nitq hissəsinə isim deyilir. Əşya dedikdə bütün varlıqlar nəzərdə tutulur. Varlıqlar isə iki cür olur: gözlə görünməsi mümkün olan konkret varlıqlar(daş, su, çörək, qələm, ev, maşın və s.) və mücərrəd varlıqlar(xəyal, yuxu, fikir, tarix, elm və s.) 
- İnsan bildirən isimlər kim? (ata, uşaq, Əli, bacım, müəllim və s.), cansız əşya və heyvan bildirən isimlər nə? (qələm, quzu, ceyran, ağac, dəftər, maşın və s.), məkan, yer bildirən isimlər isə hara?(Bakı, kənd, dəniz və s.) sualına cavab verir. 
Qeyd: İsimlər cümlədə, əsasən, mübtəda və ya tamamlıq, bə'zən də digər cümlə üzvü yerində işlənə bilir. 

 

İSMIN QURLUŞCA NÖVLƏRI

İsimlərin quruluşca üç növü olur: sadə, düzəltmə və mürəkkəb isimlər.
Sadə isimlər. Sadə isimlər yalnız bir kökdən, yaxud kök və qra-mmatik şəkilçidən ibarət olur. Məsələn: daş, daşın, daşda, ev, çörək, çay, su, məktəb və s.
3. Düzəltmə isimlər. Söz köklərinə leksik (jözdüzəldici) şəkilçilər artırmaqla yaranan isimlər düzəltmə isimlər adlanır. Mə-sələn: gəmi-gəmicçi,sənət-sənətckar, yaxşı-yaxşıclıq və s. Di-li-mizdə ən çox isimlərin özlərindən və fe'llərdən düzəltmə isimlər əmələ gəlir.
3. İsimdən düzələn düzəltmə isimlər. İsimdən isim düzəltmək üçün, əsasən, aşağıdakı şəkilçilərdən istifadə olunur:
1. –çı4. Bu şəkilçilərlə peşə, sənət, məşğələ və s. mə'naları ifa-də edən isimlər düzəlir. Məs: əmək-əməkçi, dəniz-dənizçi, kömək-köməkçi, dil-dilçi, qulluq-qulluqçu və s.
2. –lıq4. Bu şəkilçilərlə keyfiyyət, vəzifə, yer, əşya adı və s. ifadə edən isimlər düzəlir. Məs: rəhbər-rəhbərlik, daş-daşlıq, göz-gözlük, dərzi-dərzilik, qohum-qohumluq və s.
 

Qeyd: Bu şəkilçilər başqa nitq hissələrindən (sifət, say və əvəzliklərdən də) isim düzəldirlər. Məs: zərif-zəriflik, ağır-ağırlıq, gözəl-gözəllik, az-azlıq, bir-birlik, mən-mənlik və s.
3. –ça2. Bu şəkilçilər vasitəsilə kiçiltmə mə'nalı isimlər əmə-lə gəlir. Məs: dəftər-dəftərçə, meydan-meydança, bağ-bağça və s.
4. -cıq4, -cığaz4. Bu şəkilçilərlə kiçiltmə və əzizləmə məzmunlu isimlər yaranır. Məs: ev-evcik, ev-evciyəz, göz-gözcük, quş -quşcuğaz, daxma-daxmacıq və s.
5. –lı4. Bu şəkilçilər yer münasibəti, familiya, nəsil, sahiblik və s. məzmunlu isimləri yaradır. Məs: kənd-kəndli, at-atlı, Sultan -Sultanlı, sevgi-sevgili və s. 
6. –daş. Bu şəkilçi ilə həmrə'ylik və iştirak bildirən isimlər düzəlir. Məs: yol-yoldaş, sirr-sirdaş, əmək-əməkdaş, məslək-məs-ləkdaş və s. 
7. –dar. Bu şəkilçi vasitəsilə isimlərdən peşə, əqidə, vəziyyət bildirən isim düzəlir. Məs: əmək-əməkdar, ev-evdar, mal-maldar, hava-havadar və s.
8.-keş. Bu şəkilçi ilə peşə və əlamət məzmunu ifadə edən isim-lər düzəlir. Məs: zəhmət-zəhmətkeş, cəfa-cəfakeş, mala-ma-la-keş və s.
9. –stan. Bu şəkilçidən yer, ölkə bildirən isimlər düzəltmək üçün is-tifadə olunur. Məs: dağ-Dağıstan, gürcü-Gürcüstan, əfqan -Əfqanıstan və s. 
Qeyd: Dilimizdə nisbətən az işlənən –iyyət (hakim-ha-kimiy-yət, şəxs-şəxsiyyət), -iyyat (ədəb-ədəbiyyat, kəşf-kəşfiyyat), -at2 (mə'lum-mə'lumat, mühacir-mühacirət), -iyyə (nəzər-nə-zə-riy-yə, fərz-fərziyyə), -i, -vi (Qüds-Qüdsi, Gəncə-Gəncəvi), -izm (realizm, romantizm, humanizm), -ist (realist, idealist) şəkilçiləri də isimdən isim düzəldə bilirlər.
 

 Fe'ldən düzələn isimlər. Fe'ldən düzələn isimlər, əsasən, aşağıdakı şəkilçilər vasitəsilə yaranır.
1. –ış4. Bu şəkilçi vasitəsilə hal-vəziyyət, hərəkət bildirən isim-lər əmələ gəlir. Məs: bax-baxış, gəz-gəziş, göstər-göstəriş, yaşa-yaşayış, yağ-yağış, çağır-çağırış və s.
2. –aq2, -q, -k. Bu şəkilçilər vasitəsilə fe'llərdən müxtəlif mə'-nalı, əsasən əşya adı bildirən isimlər yaranır. Məs: yat-yataq, çök-çökək, döşə-döşək, dara-daraq, ələ-ələk və s.
3. –ıq, -ik, -uq, -ük, -q. Bu şəkilçilərlə yer, bölgü, bilik, ba-carıq bildirən isimlər əmələ gəlir. Məs: tapşır-tapşırıq, min-mi-nik, bil-bilik, qoru-qoruq, bur-buruq, böl-bölük və s.
4. –ım4. Bu şəkilçilər hadisə, ölçü, bacarıq bildirən isimlər ya-radır. Məs: yığ-yığım, biç-biçim, böl-bölüm, öl-ölüm və s.
5. –tı4. Bu şəkilçilərlə hadisə, əşya, əlamət və s. adları bildirən isimlər əmələ gəlir. Məs: bağır-bağırtı, qaral-qaraltı, göyər-gö-yərti, tullan-tullantı və s.
6. –qı, -qu, -ğı, -ğu, -kü, -ki, -gi, gü. Bu şəkilçilərlə alət, vəziyyət və mücərrəd məfhumları bildirən isimlər düzəlir. Məs: çal-çal-ğı, böl-bölgü, səp-səpgi, sor-sorğu, sev-sevgi, duy-duyğu və s.
7. –qın, -ğın, -qun, -ğun, -kin, -gin, -gün, kün. Bu şəkilçilərlə ha-disə və vəziyyət bildirən isimlər yaranır. Məs: bas-basqın, qır-qırğın, yan-yanğın, daş-daşqın, uç-uçqun və s.
8. –ı4. Bu şəkilçi vasitəsilə ölçü, xasiyyət bildirən isimlər yaranır. Məs: ölç-ölçü, qorx-qorxu, sür-sürü, yaz-yazı və s.
9. –ıcı4. Bu şəkilçilər peşə, sənət və s. bildirən isimlər əmələ gə-tirirlər. Məs: sat-satıcı, bil-bilici, qur-qurucu, at-atıcı, yırt-yır-tı-cı, sür-sürücü və s.
Qeyd: Bunlardan başqa nisbətən az işlənən –ar2 (aç-açar, yet-yetər), -caq, - cək (yellən-yelləncək), -ma2 (dol-dolma, vuruş-vu--ruşma), -ın, -in (səp-səpin, ək-əkin, gəl-gəlin), -id, -üd (keç-ke-çid, öy-öyüd), -ınc, -inc, -ünc (qax-qaxınc, sev-sevinc), -acaq, -əcək (çap-çapacaq, gəl-gələcək), -cə (düşün-düşüncə, əylən-əy-lən-cə), -gəc (süz-süzgəc, üz-üzgəc), -ır (gəl-gəlir (qazanc)), -ıc (ayır-ay-rıc), -ıntı4 (qaz-qazıntı, əz-əzinti) şəkilçiləri də fe'llərdən mü-x-tə-lif mə'na ifadə edən isimlər düzəldirlər.
Yadda saxlayın: Fe'ldən isim düzəldən –ğı, -ğu,-gi, -gü, -ğın, -ğun, -gin, -gün şəkilçiləri so-nu cingiltili samitlə bitən fe'llərə (çal-çal-ğı, dur-durğu, sər-sərgi, yor-yorğun, yan-yanğın və s.), -qı, -qu, -ki, -kü, -qın, -qun, -kın, -kün şəkilçiləri isə sonu samitlə bitən fe'l--lərə artırılır (as-asqı, səp-səpki, sürt-sürtkü, seç-seçki, bas-basqın, küs-küskün və s.)
-stan şəkilçisi sonu saitlə bitən isimlərə artırıldıqda bir cür ya-zılır (Gürcü-stan, Qobu-stan və s.) Bu şəkilçi samitlə bitən isim--lərə qoşulduqda ahəng qanununa uyğun olaraq şəkilçinin əvvəlinə ı,i,u,ü saitlərindən biri artırılır. Məs: kənd-i-stan, Monqol-u-stan, Bolqar-ı-stan, Kürd-ü-stan və s. 
4. Mürəkkəb isimlərin əmələ gəlməsi və yazılışı. Mürəkkəb isim-lər, əsasən, aşağıdakı yollarla əmələ gəlir və qeyd olunan şə-kildə yazılır.
1. Müxtəlif mə'nalı iki söz birləşərək yeni mə'na bildirən mürəkkəb isim əmələ gətirir. Bu yolla yaranan isimlər bir vurğu altında tələffüz olunaraq bitişik yazılır. Məs: kəklik-otu=kəkli-ko-tu, ayaq-qabı=ayaqqabı, acac-dələn=ağac-də-lən və s.
2. Mürəkkəb isimlərin başqa bir qismi yaxın mə'nalı, yaxud antonim sözlərin birləşməsindən əmələ gəlir. Bu cür isimlər bir vur-ğu altında tələffüz olunur və defislə yazılır. Məs: dəftər-kitab, yor-ğan-döşək, oğul-uşaq, dost-tanış, isti-soyuq, dərə-təpə və s. 
3. Tərəflərindən biri ayrılıqda işlənməyən və ayrılıqda heç bir mə'na verməyən sözlərin iştirakı ilə də mürəkkəb isimlər əmələ gəlir və bu cür isimlər defislə yazılır. Məs: uşaq-muşaq, ağac-uğac, adam-madam, təhər-töhür və s.
4. Təkrar olunan iki fe'lin arasına «ha» və «a» bitişdiriciləri artırmaq vasitəsilə də mürəkkəb isimlər əmələ gəlir və bu isimlər bitişik yazılır. Məs: gəlhagəl, tuthatut, qaçaqaç, basabas və s.
Qeyd: Ağa, bəy, xanım, şah, seyid tipli sözlər mürəkkəb ismin tərkib hissəsi olduqda qoşulduğu sözlə bir vurğu altında deyilərək ona bitişik yazılır. Məs: Ağaxan, Mirhəsən, Balabəy, Xa-nımgül, Şahrza, Seyidəli və s. Həmin sözlər ləqəb, titul, rütbə bildirdikdə, yaxud hörmət mə'nasında işləndikdə mürəkkəb söz-ün tərkib hissəsi olmur və ayrı yazılır. Məs: Şah Abbas, Seyid Əzim, Hacı Mustafa, Müslüm bəy və s.
Dilimizdə bə'zən elə sözlərə təsadüf olunur ki, onlar tarixən iki sözün birləşməsindən əmələ gəlsələr də, hazırda onları tərəflərə parçalamaq mümkün olmadığından belə sözlər sadə söz hesab olunur. Məs: böyürtkən.

 ÜMUMI VƏ XÜSUSI ISIMLƏR.

Eynicinsli bütün var-lıq və hadisələrin ümumi adlarını bildirən isimlər ümumi isimlər ad-lanır. Məs: ev, kitab, adam, dağ, su, çay, dəniz, kənd, balıq, bayram, yay, payız, külək və s.
Ayrı-ayrı şəxslərin və ya tək olması ilə fərqlənən digər varlıqların adlarını bildirən isimlərə xüsusi isimlər deyilir. Xüsusi isim-lərə aşağıdakılar aiddir:
1. Şəxslərin ad və familiyaları (soyadları). Məs: Məmməd, Həsən, Sənubər, Fatma, Muradzadə, Hacıbəyli, Sultanlı, Quliyev, Qaçaq Nəbi, cəfər cabbarlı və s.
2. coğrafi və astronomik adlar. Məs: Lənkəran, Təbriz, Gü-nəş, Mars, Qafqaz, Savalan, Ağdaş və s.
3. Qəzet, jurnal, bədii əsər, gəmi, restoran və s. verilən adlar. Məs: «Azadlıq» (qəzet), «Dəli Kür» (bədii əsər, roman), «Koroğlu» (opera), «Azərbaycan» (gəmi), «Yasəmən» (kafe, restoran) və s.
4. Heyvanlara verilən xüsusi adlar. Məs: Qırat, Alagöz, Toplan, Gümüş, Pələng və s.
Xüsusi isimlər cümlədəki yerindən asılı olmayaraq böyük hərflə yazılır. Qəzet, bədii əsər, gəmi, kafe və s. verilən xüsusi adlar dırnaq işarəsi ilə, qalanları isə dırnaqsız yazılır. Məs: «Səfəvilər» (roman), «Azərbaycan» (qəzet), «Gülnarə» (kafe), Qarıt, Savalan, Qoşqar, Rza və s.
Bə'zən ümumi isimlər xüsusi ismə, bə'zən də xüsusi isimlər ümumi isimlərə çevrilə bilir. Məs: sevinc, kamal, durna sözləri ümumi isimlərdir. Bu sözlər insan adı bildirəndə xüsusi ismə çevrilir və böyük hərflə yazılır (Sevinc, Kamal, Durna).
Rentgen, Badamlı sözləri isə əslində xüsusi isimdir. Rentgen alman aliminin adı, Badamlı isə qəsəbədir. Bu sözlər (rentgen – tibbi cihaz, badamlı – mineral su) bə'zən cümlə daxilində ifadə etdiyi məzmuna uyğun olaraq ümumi ismə çevrilir və kiçik hərflərlə yazılır.
Qeyd: Vətən sözü ümumi isimdir, lakin ölkə adı əvəzində işlənəndə böyük hərflə yazılır. Məs: Bizim üçün Vətən (yə'ni Azərbaycan) hər şeydən müqəddəsdir.
Günəş, Yer, Ay sözləri astronomik və coğrafi mə'nalarda işlənərkən böyük hərflərlə, qalan bütün başqa hallarda isə kiçik hərflə yazılır.
 

MÜRƏKKƏB ADLAR VƏ ONLARIN YAZILIŞI.

Ayrı-ayrı sözlərdən ibarət olan adlar xüsusi isim, söz birləşmələrindən ibarət olan adlar isə mürəkkəb adlar adlanır. Mürəkkəb adlara aşağıdakılar daxildir: 1) İdarə və təşkilat adları, 2) bayramların adları, 3) dövlət təltiflərinin adları, 4) coğrafi adlar.
Mürəkkəb adların yazılmasında üç qayda var: 
1. Tərkibində olan bütün sözlərin baş hərfi böyük yazılanlar. Bunlara aşağıdakılar daxildir:
a) Ölkə və muxtar respublikaların rəsmi adları. Məs: Azərbaycan Respublikası, İran İslam Respublikası, Amerika Birləşmiş Ştatları, Naxçıvan Muxtar Respublikası və s. 
b) Respublika, şəhər və rayon tabeliyində olan idarə və təşkilat adları. Məs: Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi, Lerik Rayon İcra Hakimiyyəti, Bakı Qaz İdarəsi və s.
2. Tərkibində olan sözlərin ancaq əvvəlincisi böyük hərflə yazılan mürəkkəb adlar. Bunlar aşağıdakılardır:
a) Məşhur tarixi gün və bayramların adları. Məs: Ramazan bayramı, Novruz bayramı, İyirmi yanvar, Qələbə bayramı və s.
b) Tərkibində çay, dəniz, meydan və s. bu qəbildən sözlər olan mürəkkəb coğrafi adlar. Məs: Sakit okean, Qara dəniz, Alaşar çayı, Gənclər meydanı, Nizami küçəsi, Müəllimlər evi və s.
c) Dövlət mükafatları və təltiflərin (orden, medal, nişan) ad-ları. Məs: Dövlət mükafatı, «Xalq təhsili ə'laçısı» nişanı, İsti-q-lal ordeni və s.
3. Fəxri adların özək hissəsini təşkil edən bütün sözlər kiçik hərflərlə yazılır. Məs: Azərbaycan Respublikasının xalq artisti, Azər-baycan Respublikasının əməkdar incəsənət xadimi və s.
Qeyd: Mürəkkəb adların bir çoxu, xüsusən ölkə, idarə və təşkilat adları mürəkkəb ixtisarlar şəklində də işlədilir. Məs: AMEA – Azərbaycan Millli Elmlər Akademiyası, BDU – Bakı Dövlət Universiteti, BMT – Birləşmiş Millətlər Təşkilatı.
Mürəkkəb ixtisarların oxunuşu onların asan və gözəl səslənməsinə görə müəyyən edilir və ixtisarlara qoşulan şəkilçilər həmin sözlərin son saitinin ahənginə uyğun yazılır. Məs: BMT (be-em-te), BMT-də, ATS (a-te-es), ATS-ə və s.
Mürəkkəb adlar sintaktik təhlil zamanı cümlənin bütöv üzvü olur, yə'ni mürəkkəb adlar təhlil zamanı parçalanmır.

Log In
Search
Calendar
«  May 2024  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Entries archive
Site friends
  • Create a Free Website
  • uCoz Community
  • uCoz Manual
  • Video Tutorials
  • Official Template Store

  • Copyright MyCorp © 2024
    Free web hostinguCoz