Home | Sign Up | Log In | RSSSaturday, 04.05.2024, 04:48

My site

Site menu
Statistics

Total online: 1
Guests: 1
Users: 0
javascript:;" rel="nofollow" onclick="loginPopupForm(); return false; /register

Mənsubiyyət kateqoriyası

İSMIN MƏNSUBIYYƏTƏ GÖRƏ DƏYIŞMƏSI.

Əşyanın hansı şəxsə mənsubluğunu (aidliyini) bildirən qram-ma-tik şəkilçilərə ismin mənsubiyyət şəkilçiləri deyilir. Mənsubiyyət şəkilçiləri aşağıdakılardır:

Tək cəm 
I (mən) – ım4, -m (bizim) -ımız4, -mız4
II (sən) – ın4, -n (sizin) – ınız4, -nız4
III (o) – ı4, -sı (onların) – ı4, -sı4, -ları4

I, II şəxslərə aid mənsubiyyət şəkilçiləri qəbul edən isimlər əşyanın əsasən insana, III şəxsə aid mənsubiyyət şəkilçisini qəbul edən isimlər isə əşyanın həm insana, həm də başqa əşyalara mənsubluğunu ifadə edir. Mənsubiyyət şəkilçiləri bütün hallarda özündən əvvəl gələn və yiyəlik halda işlənən əvəzlik və ya isimlə bağlı olur. Məs:

mənim kitab-ım, quzu-m    bizim kitab-ımız, quzu-muz 
sənin kitab-ın, quzu-n        sizin kitab-ınız, quzu-nuz
onun kitab-ı, quzu-su        onların kitab-ı(ları), quzu-su(ları)

İsimlər də fe'llər kimi, şəxsə görə dəyişə bilir. Məs: şagirdəm, şagirdik, şagirdsən, şagirdsiniz, şagirddir, şagirddirlər və s.
İsimlərdə həm mənsubiyyət, həm də şəxs şəkilçiləri şəxslə bağlıdır, lakin yuxarıdakı misallardan göründüyü kimi bunlar bir-birindən əsaslı şəkildə fərqlənirlər.

 BƏ'ZI ALINMA SÖZLƏRIN MƏNSUBIYYƏTƏ GÖRƏ DƏYIŞMƏSI. Dilimizdə saitlə bitən bir neçə alınma söz var ki, onların qəbul etdikləri mənsubiyyət şəkilçiləri digər söz-lə-rə artırılan mənsubiyyət şəkilçilərindən bir qədər fərqlənir. Həmin sözlər bunlardır: tale, mövqe, mənşə, mənafe, mənbə. Bu sözlərdə mənsubiyyət şəkilçisinin əvvəlində «y» bitişdirici samiti işlənir. Məs:

mənafe-y-im  mənşə-y-im
mənafe-y-in  mənşə-y-in
mənafe-y-i    mənşə-y-i
mənafe-y-imiz mənşə-y-imiz
mənafe-y-iniz mənşə-y-iniz
mənafe-y-i (mənafe-ləri)    mənşə-y-i (mənşə-ləri) və s.

Log In
Search
Calendar
«  May 2024  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Entries archive
Site friends
  • Create a Free Website
  • uCoz Community
  • uCoz Manual
  • Video Tutorials
  • Official Template Store

  • Copyright MyCorp © 2024
    Free web hostinguCoz