Home | Sign Up | Log In | RSSFriday, 03.05.2024, 23:39

My site

Site menu
Statistics

Total online: 1
Guests: 1
Users: 0
javascript:;" rel="nofollow" onclick="loginPopupForm(); return false; /register

Qrammatika

Dil haqqındakı elmin bölmələrindən biri olan qrammatikada sözlərin dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir. Qrammatika iki hissədən ibarətdir: 1) morfologiya, 2) sintaksis. Morfologiya yunanca «morfos» (forma) və «loqos» (bəhs) sözlərinin birləşməsindən əmələ gəlib «sözün formaları haqqında bəhs» mə'nasını bildirir.Morfologiyada nitq hissələri, onların quruluşu və dəyişmə xüsusiyyətləri öyrənilir.
Sintaksis də mənşəcə yunan sözüdür, «tərtib» mə'nasını bildirir. Sintaksis söz birləşmələri, cümlə və onun tərkibini öyrənir.
SÖZÜN TƏRKIBI. Kök və şəkilçi sözün mə'nalı hissələridir. Sözün ayrılıqda işlənə bilən, əsas mə'nanı ifadə edən hissəsinə kök deyilir.
Sözün ayrılıqda işlənə bilməyən, yalnız kökə qoşulduqda müəyyən mə'na daşıyan hissəsinə şəkilçi deyilir.
Əsil Azərbaycan sözlərində, bir qayda olaraq, kök əvvəl, şəkilçi sonra gəlir. Məs: gəmiçi, kitablar, çəmənlik, çəməndə və s. Dilimizdə söz köklərinə əvvəl leksik (sözdüzəldici), sonra isə qrammatik (sözdəyişdirici) şəkilçilər artırılır. Məs: yaz-ı-çı-lar, iş-lə-miş-ik, sağ-ıcı-lar-ın və s.
Bə’zən qrammatik şəkilçi leksik şəkilçidən əvvəl də gələ bilir. Məs: ev-imiz-dəki, bab-m-gil və s.

Azərbaycan dilində eyni zamanda sözlərə bir neçə leksik və qrammatik şəkilçi artırmaq olur. Məs: ək-in-çi-lik-dən, yara-q-lı-lar-ımız, yat-aq-xana-dakı-lar və s.                                
 

LEKSIK VƏ QRAMMATIK ŞƏKILÇILƏR. Şəkilçilər iki cür olur: 1) leksik (sözdüzəldici) şəkilçilər, 2) qrammatik (sözdəyişdirici) şəkilçilər. Qoşulduqları söz köklərindən yeni sözlər yaradan şəkilçilər leksik şəkilçilər adlanır. Məs: yaxşı-yaxşılıq, gör-görüş, külək-küləkli və s. Qrammatik şəkilçilər isə sözün ancaq formasını dəyişir və bu şəkilçilər söz birləşmələri və           cümlələrdə sözləri bir-birinə bağ-la-mağa xidmət edir. İsimlərdə hal və cəm şəkilçiləri, feillərdə zaman, şəxs şəkilçi-ləri və s. qrammatik şəkilçilərdir. Məs: kitab-kitabcın, kitabcla-r;     get-gedir, ged-ir-əm və s. Qeyd: Şəkilçilərin mə'na növləri barədə dərsliyin müvafiq böl--mələrində hər bölməyə uyğun olaraq müfəssəl məlumat veriləcəkdir.                                      

 ŞƏKILÇILƏRIN            YAZILIŞI.       Qrammatik şəkilçilər ahəng qanununa uyğun olaraq həmişə iki və dörd cür yazılırlar. Dilimizdəki qrammatik şəkilçilərin hamısı əsil Azərbaycan şəkilçiləridir.  İki cür yazılan şəkilçilərin tərkibində yalnız iki açıq sait işti-rak edir: a, ə. Digər açıq saitlər (e, o,ö) şəkilçilərdə ona görə iştirak etmir ki, əsl Azərbaycan sözlərində həmin səslər (e,o,ö) sözün birinci hecasından sonrakı hecalarda işlənə bilmir. (-lar2, -da2, -da2, -a2 və s.) Qapalı saitlər isə (ı, i, u, ü) sözün bütün hecalarında işləndiyi üçün şəkilçilərin də      tərkibində         iştirak edir. Buna görə də qapalı saitli şə-kilçilər ahəng qanununun tələbinə uyğun olaraq dörd cür yazılır. –ın4,-dı4, -mış4, -ı4 və s.  Leksik şəkilçilər də ahəng              qanununa uyğun olaraq iki və dörd cür yazılırlar. Lakin leksik şəkilçilər arasında bir cür yazılanı da var. Bu şəkilçilər başqa dillərdən dilimizə keçmiş, ahəng qanununa tabe olmurlar. Məs: bi-, na-, anti-, –daş, -kar, -baz, -keş, -dar, -gil və s.  Azərbaycan dilinin öz şəkilçilərindən fərqli olaraq, alınma şəkilçilər sözlərin əvvəlinə də artırıla bilir. Məs: na-insaf, ba-mə-zə, bi-savad və s.                                                                                                                                                                                                                                                      
Qeyd: Sözün kökü saitlə bitərsə, sözə saitlə başlanan şəkilçi artdıqda iki sait arasında n, y, s samitlərindən biri işlənir. Bu samitlər bitişdirici samitlər adlanır. Məs: ata-n-ın, ata-y-a, ata-s-ı və s.  Yazıda «n» samitindən, əsasən, sonu saitlə bitən sözlərə ismin yiyəlik, təsirlik hal şəkilçiləri, «y» samitindən yönlük hal şəkilçisi və tale, mənbə, mənafe, mövqe, mənşə sözlərinə mənsubiy-yət şəkilçiləri, «s» samitindən isə sonu saitlə bitən sözlərə III şəxs mənsubiyyət şəkilçisi artırılarkən bitişdirici samit kimi istifadə olunur. Məs: quzu-n-un, quzu-n-u, quzu-y-a, quzu-s-u, tale-y-im, mövqe-y-in, mənafe-y-i və s.                                                                                                                                                                             

SÖZÜN BAŞLANĞIC FORMASI. Sözün başlanğıc forması onun leksik mə'nasını bildirən hissəsidir. Bütün sözlərdə qrammatik şəkilçiyə qədərki hissə başlanğıc formadır. Məs: yaz-maq, yazı, ya-zı-çı, yazıçılıq, yazıçılıqdan və s. Sözlər bütün lüğətlərdə yalnız başlanğıc formada öz əksini tapır. İsimlərin başlanğıc forması onların heç bir qrammatik şəkilçisi olmayan adlıq hal formasına uyğun gəlir. Məs: gəmiçilikdən, dəmirçinin, kitabda, oxucular və s. Fe'llərin başlanğıc forması onların qrammatik şəkilçiyə qədərki hissəsidir. Məs: gözəlləşir, başladılar, göndərildi və s. Qeyd: Sözlərin quruluşca növü, hansı nitq hissəsinə aid olması onların başlanğıc formasına görə müəyyən olunur.                                                               

Log In
Search
Calendar
«  May 2024  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Entries archive
Site friends
  • Create a Free Website
  • uCoz Community
  • uCoz Manual
  • Video Tutorials
  • Official Template Store

  • Copyright MyCorp © 2024
    Free web hostinguCoz