DANIŞIQ SƏSLƏRI VƏ ONLARIN ƏMƏLƏ GƏL-MƏ-SI.
Dil haqqında elmin “Fonetika” bölməsində danışıq səsləri öyrənilir.
Danışıq səslərinin əmələ gəlməsini, onların bir-birinə münasibəti və fiziologiyasını, keyfiyyət və kəmiyyətini, nitq pro-sesindəki funksiyasını və s. bu kimi bir çox əlamətlərin qanunauyğunluqlarını öyrənən dilçilik şöbəsinə fonetika deyilir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Danışıq səsləri danışıq üzvləri vasitəsilə əmələ gəlir. Danışıq üzvləri aşağıdakılardır: 1) ağ ciyərlər, 2) nəfəs borusu, 3) qırtlaq, 4) səs telləri, 5) ağız boşluğu, 6) dil, 7) dodaqlar, 8) dişlər, 9) burun boşluğu, 10) alt çənə, 11) üst çənə, 12) damaqlar.
Səslərin formalaşması prosesində iştirak edən mütəhərrik üzvlər dil, dodaqlar və alt çənədir. Damaqlar, dişlər və üst çənə isə hərəkətsiz üzvlər hesab olunur.
Danışıq səslərinin əmələ gəlməsində səs telləri, dil və dodaqlar daha fəal iştirak edir.
Sözün mə'nasını və formasını dəyişdirə bilən ən kiçik dil va-hidi fonem adlanır. Azərbaycan dilindəki [n] və [m] səslərindən başqa, yerdə qalan bütün danışıq səslərinin tələffüzündə hava axı-nı ağızdan çıxır. [N] və [m] səslərinin əmələ gəlməsində isə hava axını, əsasən burun boşluğundan çıxır. Ona görə də bu səs-lə-rə burun səsləri deyilir.
Səsləri hərflərlə, sözün yazılışını tələffüzü ilə qarışdırmamaq üçün böyük mö'tərizə [ ] işarəsindən istifadə olunur. Səs və sözün tələffüzünü göstərmək üçün böyük mötərizədən ([a], [ayilə]) bir işarə kimi istifadə olunduğu halda, hərf və sözün yazılışında (a, ayilə) bu işarəyə ehtiyac olmur.
SAIT VƏ SAMIT SƏSLƏR. Danışıq səsləri iki cür olur:
1) saitlər, 2) samitlər.
Tələffüz zamanı maneəyə rast gəlməyən, musiqili tona malik, çox ay-dın şəkildə səslənən, deyilərkən hava axını ağızdan sərbəst çı-xan səslərə sait səslər deyilir. Dilimizdəki səslərin doqquzu sait-dir: a, ə, e, ı, i, o, ö, u, ü.
Samitlərin tələffüzündə hava axını ağızda müxtəlif maneələrə ra-st gəlir. Bu səslər maneəli, küylü səslər adlanır. Müasir Azər-bay-can dilində olan samit səslər aşağıdakılardır: b, p, v. f, g, k, z, s, j, ş, ğ, x, ç, c, q, (k'), d, t, y, (x'), l, r, m, n, h.
SAIT SƏSLƏRIN NÖVLƏRI. Yaranma yerinə və tələf-fü-z üsuluna görə sait səslərin üç növü var:
1) Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfqi vəziy-yə-ti-nə) görə. Bu vəziyyətə görə saitlər iki qrupa ayrılırlar:
a) qalın (dilarxası) saitlər: a,ı,o,u
b) incə (dilönü) saitlər: ə,e,i,ö,ü
2) Dilin üst damağa doğru qalxması və alt çənənin nisbətən aşağı enməsinə (dilin şaquli vəziyyətinə) görə. Bu vəziyyətə görə saitlər iki cür olur:
a) qapalı (dar) saitlər: ı,i,u,ü (bu saitlərdən ikisi qalın (ı, u), ikisi incədir (i, ü)).
b) açıq (geniş) saitlər: a,ə,e,o,ö (bu saitlərin ikisi qalın (a, o), üçü incədir (ə, e, ö)).
3) Dodaqların vəziyyətinə görə. Bu vəziyyətə görə saitlərin iki növü var:
a) dodaqlanan saitlər: o,ö,u,ü (bu saitlərdən ikisi qalın (o, u), ikisi incə (ö, ü); eyni zamanda ikisi qapalı (u, ü), ikisi açıqdır (o, ö)).
b) dodaqlanmayan saitlər: a,ə,e,ı,i (bu saitlərdən ikisi qalın (a, ı), üçü incə (ə, e, i); eyni zamanda üçü açıq (a, ə, e), ikisi isə qapalıdır (ı, i)).
SAMIT SƏSLƏRIN NÖVLƏRI. Samit səslərin iki növü var: kar samitlər, cingiltili samitlər.
- Kar samitlər təkcə küydən əmələ gəlir. Dilimizdəki kar samitlər aşağıdakılardır: p, f, (k'), t, ç, s, x, k, (x'), ş, h
- cingiltili samitlərin əmələ gəlməsində isə səs telləri də iş-tirak edir. Buna görə onlar küydən və səsdən ibarət olur. cin-gil-tili samitlər bunlardır: b, v, q, d, c, z, ğ, g, y, j, r, l, m, n
Dilimizdəki kar və cingiltili samitlərin çoxu cütlük təşkil edir:
b, v, q, d, c, z, ğ, g, y, j, r, l, m, n -
p, f, [k'], t, ç, s, x, k, [x'], ş, - - - - h
Qeyd: Əslində Azərbaycan dilində 25 (iyirmi beş) samit səs var-dır. Bunların 23-nün hərfi işarəsi olduğundan, biz qrammatika kitablarında onların sayını adətən 23 kimi qəbul edirik.
R, l, m, n cingiltili samitlərinin kar qarşılığı, h kar samitinin isə cingiltili qarşılığı yoxdur.
|