Home | Sign Up | Log In | RSSMonday, 16.06.2025, 04:12

My site

Site menu
Statistics

Total online: 1
Guests: 1
Users: 0
javascript:;" rel="nofollow" onclick="loginPopupForm(); return false; /register

Kəmiyyət kateqoriyası

TƏK VƏ CƏM ISIMLƏR.

İsimlər tək və cəm olurlar. İsimlər cəm-də işlənərkən –lar2 şəkilçisini qəbul edir. Məs: uşaq (tək) – uşaq-lar (cəm), dağ (tək) – dağlar (cəm) və s.
–lar2 şəkilçisi iki və ya ikidən artıq olan çoxluğu bildirir. Əşyanın konkret miqdarını bildirmək üçün ismin əvvəlinə müəyyən miqdar sayı artırılır. Məs: beş dəftər, iki yüz adam və s. Belə hallarda isimlər cəm şəkilçisi qəbul etmir («üç bacı», «iki kitab» yazıldığı və deyildiyi halda, «üç bacılar», «iki kitablar» yazmaq və demək olmaz).
Dilimizdə elə isimlər var ki, onlar mə'naca topluluq bildirir-lər. Məs: camaat – çoxlu adam, xalq – ölkənin əhalisi, sürü – çoxlu qoyun-quzu və s. Belə sözlər toplu isimlər adlanırlar. Toplu isimlər də cəmlənir xalqlar, ordular, sürülər. Yalnız camaat sözü cəmlənmir.  Toplu isimlər cümlədə mübtəda yerində işlənəndə xəbər cəm şəkilçisi qəbul etmir. Məs: Xalq ayağa qalxdı. Sürü örüşdən qayıtdı («xalq ayağa qalxdılar, sürü örüşdən qayıtdılar» yazmaq və demək olmaz).

 

Cəm şəkilçisinin tələffüz qaydaları

-larsözün sonundakı hərfdən asılıolaraq fərqli tələffüz edilir. Əgər sözün sonunda -r hərfi gələrsə -rar2  kimi oxunur: dəftərlər [dəftərrər], əgər sözün sonunda -n hərfi gələrsə -nar2 : oğlanlar [oğlannar], sözün sonunda -z hərfi olarsa -darkimi oxunur: ulduzlar [ulduzdar]

 

Log In
Search
Calendar
«  June 2025  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Entries archive
Site friends
  • Create a Free Website
  • uCoz Community
  • uCoz Manual
  • Video Tutorials
  • Official Template Store

  • Copyright MyCorp © 2025
    Free web hostinguCoz