Sintaksis mənşəyinə görə yunan sözü olub birləşmə, tərtibat deməkdir. Qrammatikanın bir şö'bəsi kimi sintaksis sözlərin söz birləşmələri və cümlələr şəklində birləşmə qaydalarından bəhs edir. Sintaksis söz birləşmələri və cümlələr adlanan iki böyük hissədən ibarətdir.