Home | Sign Up | Log In | RSSSunday, 15.06.2025, 23:29

My site

Site menu
Statistics

Total online: 1
Guests: 1
Users: 0
javascript:;" rel="nofollow" onclick="loginPopupForm(); return false; /register

Azərbaycan dili

AHƏNG QANUNU. Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Bu qanuna görə incə saitli heca ilə başlanan sözlərin sonrakı hecaları da incə saitli, qalın saitlə başlanan sözlərin sonrakı hecaları isə qalın saitli olur. Məs: qar-şı-laş-maq, dur-na-lar-ın (qalın); kə-pə-nək, me-şə-çi-lik (incə) və s. Ahəng qanunu dilimizin əsas fonetik qanunu sa-yıl-sa da, eyni zamanda dilin morfoloji quruluşunu da səciy-yələndirir. Bu xüsu-siy-yətə görə dilçilik elmində ahəng qanununu mor-fonoloji (yə'ni həm morfologiyanı, həm də fonetikanı bir-ləşdirən) hadisə sayır-lar. Morfonologiya morfologiya və fonetika sözlərinin hissə-lə-rin-dən təşkil olunub.
Türk mənşəli (iltisaqi dillər) dillərdə, xüsusilə Azərbaycan dilində bir qayda olaraq ahəng qanunu pozulmur. Dilimizdə öz dilimizə mənsub bir sıra sözlər (işıq, ilan, ildırım, iraq, ilxı, inan və s.) istisna olmaqla ahəng qanunu pozulmuş olan sözlər başqa dil-lərdən, ən çox flektiv dillərdən dilimizə keçmişdir. Məs: kitab, fərasət, fizika, qrammatika, trolleybus, təyyarə və s.
Başqa dillərdən dilimizə keçən leksik şəkilçilər ahəng qanununa tabe olmadığından bir cür yazılır. Belə şəkilçilər əsil Azərbaycan sözlərinə qoşulduqda da sözlərdə ahəng qanunu pozula bilir. Məs: anam-gil, vətən-daş, çörək-xana və s.

Log In
Search
Calendar
«  June 2025  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930
Entries archive
Site friends
  • Create a Free Website
  • uCoz Community
  • uCoz Manual
  • Video Tutorials
  • Official Template Store

  • Copyright MyCorp © 2025
    Free web hostinguCoz